“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

Mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən "Fulya" filmi haqda rejissoru mövqe bildirib.

Mediainfo.az xəbər verir ki, rejissor Tahir Tahiroviç sosial şəbəkədəki statusunda film barədə bəzi detalları açıqlayıb və bu mövzuda gedən müzakirələrdən razı qalmadığını deyib.

T.Tahiroviç deyib ki, bir neçə gündür müəllifi olduğum "Fulya" adlı sənədli filmin müzakirəsi getsə də, çəkilişlərdə olduğu üçün xüsusi reaksiya verməyib: "Amma və lakin....Xatırladım ki, bu film Mədəniyyət Nazirliyinin həyata keçirdiyi müsabiqədə qalib olan filmlərdən biridir. Yəni, əgər layihə müsabiqədə jüri tərəfindən qalib olunubsa, burda nazirliyin heç bir günahı yoxdur. Qalib olan layihəni şərtlərə görə maliyyələşdirməyə borcludur. Əgər biz "Azərbaycanfilm" olaraq Fulya Ozturk haqqında film çəkməyə istəkli olmuşuqsa, burda onun nə günahı var? Mən təklif etmişəm, o da qəbul edib. Sözünüz varsa, mənə deyin. Fulya müzakirə mövzusu ola bilməz. Çünki ideya və müəllif bizik. Fulya Öztürkün müdafiəsinə ehtiyac yoxdur. O, müdafiə olunmağı yaxşı bilir, çünki peşəkar təhsil görmüş hərbi jurnalistdir. Qısası, nə sualınız olsa, mən 24/7 hazıram. Söz yox ki, istənilən şəxs mənə sual ünvanlıya bilər. Niyə Fulya? Arxayın olun ki, kimliyinizdən asılı olmayaraq cavabınızı alacaqsız".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az