Türk dünyasının sinəsində vətənə məhəbbət, sevgi gəzdirən, milli ruhda köklənən və eyni zamanda, irqindən, milli kimliyindən, dini mənsubiyyətindən asılı olmayaraq uca Allahın yaratdığı bütün bəndələrini sevən on milyonlarla insanı vardır. Onlardan biri də bir vaxtlar gündoğandan günbatana kimi hər yeri özünə ana vətən edən, ayaq basdıqları torpaqlarda, çoxsaylı ölkələrdə insanlara haqq və ədalət gətirən qəhrəman əcdadlarının ruhunu canında, qanında yaşadan vərtənsevər Anadolu türkü, əslən şanlı bir tarixə malik Bayburt adlı qədim dədə-baba torpaqlarımızda anadan olan Nizamettin Kutludur. Nizamettin Kutlu olduqca həssas, qayğıkeş, vətənsevər və eyni zamanda şair ruhlu bir insandır. Bursa üniversitesi iktisadi ve idari bilimler fakültəsinin məzunu olan və bir müddət müxtəlif vəzifələrdə, o cümlədən İstanbul Vergi Dairesi Başkanlığında Vergi Müfettişi başkanı kimi çalışan Nizamettin bəy özünü bacarıqlı, çalışqan bir əməkdaş kimi gösərərək hamının sevgi və məhəbbətini qazana bilib. Nizamettin bəy həm də hazırda maliyyə müşaviri vəzifəsində çalışır. Eyni zamanda ədəbiyyata, şeir dünyasına olan həvəsi Nizamettin bəyin mətbuatda da çalışmasına səbəb oldu. "Bayrampasagundem.com" və "Haber 69"dərgisində köşə yazarı kimi çalışan Nizamettin bəyin yazılarında vətənpərvərlik, vətənə sevgi, məhəbbət ruhu olduqca güclüdür. Nizamettin Kutlunun bütün yazılarında Türkiyənin və Türk dünyasının maraqları, problemləri geniş şəkildə işıqlandırılır. Nizamettin bəy həm də bir Azərbaycan sevdalısıdır və ölkəmizi çox sevir. Qarabağımızın erməni işğalçılarından azad olunmasına ən çox sevinən qardaşlarımızdan biridir. Nizamettin bəy II Qarabağ savaşında Nizamettin bəy Azərbaycanımızla bağlı yazdığı yazılarla bizə ruhən və mənən dəstək verdi, hər qələbəmizə sevindi. Günümüzdə Qazaxıstanda baş verən son olaylardan üzülən Nizamettin bəy qardaş qazax xalqının yenidən toparlanacağına və istiqlalını, ərazi bütövlüyünü qoruya biləcəyinə inanır və buna əmindir.
Qeyd etdiyimiz kimi Nizamettin bəy şair ruhlu insandır və gözəl şeirlər yazır. Əslində bu da təsadüfi deyil. Belə ki, Bayburtlular anadan şair ruhlu doğulurlar. İllər öncə Bayburtda olarkən söhbətləşdiyim bütün insanların şair olduğunu hiss etdim və onlar şeirə məhəbbətlərinə görə biz Azərbaycan türklərinə çox bənzəyirlər. Nizamettin Kutlunun yazdığı şeirləri "Gönül dünyamız" adlı kitabında toplanıb. Bu kitab oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb və onun şeirləri el arasında çox sevilir. Nizamettin bəyin şeirlərinin sevilməsinin bir səbəbi də onların klassik, yəni xalq dilində-Yunis Emrə ruhunda yazılmasıdır. Nizamettin bəyin hər şeirində Yunus Emrə, klassik türk şairlərinin ruhu yaşayır. Biz də bu yolda Nizamettin bəyə yeni ədəbi-bədii uğurlar arzulayırıq. Fürsətdən istifadə edərək Nizamettin bəyin bir şeirini Azərbaycan şeirsevənlərə təqdim edirik:
Özledik...
Huzuru özledik,tadı özledik
Komşuluk hakkını,yadı özledik
Selamı sabahı, unutur olduk
Mangal a koyulan,közü özledik
Dünya ya pek daldık,bitmeyecek mi
En sevdiklerimiz,gitmeyecek mi
Sen kazandın onlar,yemiyecek mi
Albümlerde kalan,yüzü özledik...
Ömürler pek kıssa,zannetme uzun
Azığın bol olsun,geliyor güzün
Baharın bitecek,yaşansa hüzün
Titretsede bizi,kışı özledik...
Aldanmamak lâzım, sahte yüzlere
Riyakârlık kokan,cazip sözlere
Samimi dost gerek,şimdi bizlere
Sevgiyi paylaşan,özü özledik...
Sobanın başında,hep toplanırdık
Muhabbet bol idi,zevke varırdık
Radyo hiç susmazdı,keyif alırdık
Şimdi teller kırık,sazı özledik...
Birçok şey kazandık, çok şey kaybettik
Sulu yemek bitti,tadı kaybettik
İsimler yabancı,dili kaybettik
Kendi vatanımda,sözü özledik...
Suriyeli afgan,karıştı bize
Gonak zannetmiştik,kalmazdı güze
Kafalar karışık,kim verdi vize
Bilinmez yoldayız,huzur özledik...
Zor bir coğrafyanın, sakinleriyiz
Tarih bedel dolu,gönül eriyiz
Haç a duvar olduk,selçuk beyiyiz
Bizi biz yapacak,dili özledik...
Su uyur derlerdi,düşman uyumaz
Uyuyan toplumlar,çok şeyi duymaz
Tehlike kapıda,bekliyor çalmaz
Gençler aman dikkat,sizi özledik...
Yaşam hakkımızı,korumalıyız
Hürriyet havasını,solumalıyız
Mutluyum sözünü,hep duymalıyız
Sevgi pınarından,suyu özledik...
Yazını qələmə aldı: Əziz Mustafa