Bu gün görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmasından 99 il ötür

Bu gün görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmasından 99 il ötür

Bu gün görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmasından 99 il ötür.

"Qadın dünyanın ən uca zirvəsi, bəşərin anası, müqəddəs varlıqdır. Ağıllı, bacarıqlı qadınlar, sanki cəmiyyətin yaşadılması, insanlığın xilası üçün Tanrının ğöndərdiyi mələklərdir. Azərbaycan xalqının da çoxminillik tarixində qadınlar misilsiz bir mövqe tuturlar. Təkcə onu demək kifayətdir ki, xalqımızı yaşadıb onun varlığını bugünkü nəsillərə qovuşduran qadın- anaların böyütdüyü, tərbiyələndirib faydalı insan kimi yetirdiyi övladlarıdır".

Mediainfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov report-a açıqlamasında deyib.

Onun sözlərinə görə,min bir nemət yetirən əməkçini də, yurdu qoruyan əsgəri də, balalara bilik verən, peşə öyrədən müəllimi də, yenilikləri ilə həyatı dəyişən alimi də, sağlamlığımızın keşiyində dayanan həkimi də, ölkəmizə başçılıq edən rəhbəri də dünyaya gətirən məhz qadınlardır: "Analar, eyni zamanda, bütün peşə sahibləri olan kişilərin həyat ortağıdırlar, ailələrin, irili-xırdalı kollektivlərin, bütünlükdə cəmiyyətin yükünü onlarla bərabər daşıyırlar.

Bu mənada elə qadınlar var ki, onların zəkası, zəhməti, fəaliyyət yönləri bir deyil, bəzən onlarla, yüzlərlə qadının xidmətinə, missiyasına bərabər olur. Bu zaman onlar bi evin, bir elin deyil, bütöv bir xalqın yükünü daşıyan yüksək zəkalı, böyük hünərli, fövqəl qabiliyyətli qadın səviyyəsinə çevrilirlər. Belə qadınlar sağlıqlarında uca məqama yüksəlir, hamının sevdiyi, ehtiram bəslədiyi millət anası kimi tanınırlar. Onlar fiziki ömürlərini başa vuranda isə əbədiyyətə qovuşurlar. Belə nadir qadınlar, ulu analar həyatda qoyub getdikləri parlaq və silinməz izlərlə həmişə mənəvi varlıqlarını qoruyub saxlayırlar.

Mükəmməl insan, böyük alim, şəfalı təbib, millət atası olmuş insanın ömür-gün yoldaşı, xalqın başını uca etmiş övladlar anası, bir evin qayğıları ilə yanaşı, bütöv bir xalqın da yükünə çiyin vermiş akademik Zərifə xanım Əliyeva həyatda ən yüksək mövqe qazanmış Azərbaycan qadınlarının sırasında ön yerdə qərarlaşmışdır. Nümunəvi Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə birləşdirən, unudulmaz, həmişəyaşar Zərifə xanımın adı, əməlləri, həyatda qoyub getdiyi izlər hər gün, hər yerdə onu dərin ehtiramla xatırladır. Bu bənzərsiz insanın dünyaya gəlmiş olduğu tarix, o müqəddəs və ulu qadını xalqımıza bəxş etmiş gün isə hər il ayrıca diqqət, sevgi və qədirbilənliklə yad edilir. Bunun da səbəbi odur ki, xalqının taleyində çox ciddi və önəmli rol oynamış tarixi şəxsiyyət kimi Zərifə xanım həkim, bəşəri alim, milli ziyalı, mehriban və qayğıkeş həyat yoldaşı, ana olaraq nümunəvi Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə birləşdirən, unudulmaz, həmişəyaşar, mələksima bir insan olub.

Bəzən insan çox sevdiyi, xüsusi bir hörmət bəslədiyi insana olan rəğbət və məhəbbətini sözlə tam ifadə edə bilmir. Çünki deyəcəyi sözlər belə insanın şəxsiyyətinin ümumi böyüklüyünü və insanlığının incəliklərini axıradək çatdıra bilmir. Məhz Zərifə xanıma layiq olan sevgi, hörmət adi sözlərə sığmır. Belə insanların bütöv obrazını yüksək zəkalı və dərin təxəyyüllü söz ustaları daha dəqiq və ifadəli yarada bilirlər. Biz isə sevgi və qədirbilənlikdən güc alaraq onu deyə bilirik ki, Zərifə xanım Əliyeva Tanrının Azərbaycan cəmiyyətinə bəxş etdiyi qiymətli bir inci idi. Ulu Yaradan onu neçə-neçə insanların qurtuluşu üçün göndərmişdi. O, Azərbaycan xalqına bəxş edilən bir zəka və qabiliyyət sərvəti idi. Zərifə Əliyeva 99 il bundan əvvəl dünyaya bir bahar günündə göz açmaqla, xalqımızın taleyinə də ətirli bir yaz gətirmişdi. O peşəkar, savadlı, işini zərgər dəqiqliyi ilə yerinə yetirən nadir bir oftolmoloq, dərin zəkalı bir tibb alimi idi".

Deputat vurğulayıb ki, Zərifə Əliyevanın zərif əlləri və nurlu qəlbi ilə minlərlə xəstələrin gözünün itmiş işığını qaytarıb və özündən sonra da bu dəyərli, əsrarəngiz biliyi xələflərinə miras qoyub. İndi onun yetirmələri olan saysız-hesabsız həkimlərimiz var:

"Zərifə xanım təkcə oftalmoloq deyildi, o həm də mükəmməl bir təbib-pedaqoq idi. Onun şəfalı əlləri ona bitib-tükənməyən rəhmətlər qazandırıb. Zərifə xanımın əbədi məkanına ünvanlanmış bütün bu dualar daim onun ruhunu şad edir, qəlblərdə yaşayan ölməz xatirəsini nurlandırır. O belə ulu dəyər və sevgiyə layiq bir alim idi. O heç vaxt Azərbaycan xalqının qəlbindən, yaddaşından silinməyəcək.
Akademik Zərifə xanım Əliyeva peşəkar həkim kimi, bugünümüzdə belə elmimiz üçün, səhiyyəmiz üçün, ölkəmizin tibb ictimaiyyəti üçün və şəxsən mənim üçün etalondur. Onun oftalmologiya elminə verdiyi töhfələri, ixtirası, monoqrafiyaları, elmi işləri, təklifləri və kadrların hazırlanması üçün yüksək dərs vəsaitləri səhiyyəmizin sərvətidir. Zərifə xanım elm sahəsindəki böyük uğurları ilə yanaşı, bir qadın kimi də bütün tərif və təqdirlərə layiq olduğunu sübut etmişdi. O, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, mehriban bacı və xalqı qarşısında ata-ana başını uca edən övlad idi.

Zərifə Əliyevanın adı təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da sevgi ilə anılır, qədirbilənliklə yad edilir. Bu, Azərbaycan xalqı üçün böyük fəxarət, milli qürur duyğusunun ən üstün səviyyəsidir. Xalqın ona olan ehtiramı hər zaman yüksək pillədə qərar tutub. Bu onun sağlığında da belə idi, o mübarək insan aramızdan ayrıldıqdan sonra da daim belədir.

Zərifə xanım sağlığında xalqın ona olan sevgisini gördükcə qəlbi riqqətə gəlirdi, peşəsinə olan bağlılığı, insanlara göstərdiyi xidməti daha da artırdı. O, öz xalqına sonsuz bir sevgi bəsləyirdi və ona mükəmməl övladlıq borcu ilə yanaşırdı. Xalq da bunu duyur, görür və öz minnətdarlığını hərarətlə ifadə edirdi. Zərifə xanımın xeyirxah fəaliyyətləri, həyat uğurları hər bir Azərbaycan vətəndaşına dərin bir soydaşlıq duyğusu yaşadırdı. Bu necə də xoş, gözəl duyğular olub!

Akademik Zərifə Əliyeva milli xanımlığın tacı, dünyamiqyaslı alimliyin şərəfi idi. Bu sahəyə öz möhürünü vurmuşdu. Həyatda belə bir zirvəyə qalxmaq hər qadına nəsib olmur. Bu nailiyyət elə belə bəxş olunmur, min bir zəhmət, dərin zəka və həyat sevgisi ilə zərrə-zərrə qazanılır. Zərifə xanım bunu bacarmışdı.

Dünya şöhrətli təbib Zərifə xanım nəcib peşəsi ilə ona üz tutanlar üçün xilaskarlıq ünvanı idi. Bu xilaskarlıq missiyası ilə o, zülmətləri yarıb insanları aydınlığa çıxardan nur qaynağı olmuşdu. Bütün bunlar Zərifə xanım Əliyevanı bir xanımlıq, analıq və şəfakeşlik məktəbi olaraq Azərbaycan cəmiyyətinin zirvəsinə yüksəltmişdi. Onun bu mükəmməl şəxsiyyəti və bəşəri obrazı Azərbaycan qadınının dünyaya təqdim etdiyi ali bir səviyyədir".

Qeyd edək ki, bu gün görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmasından 99 il ötür.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az