ABŞ Konqresi Baydenin təklif etdiyi 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi qəbul edib

ABŞ Konqresi Baydenin təklif etdiyi 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi qəbul edib

ABŞ Nümayəndələr Palatası pandemiyadan ziyan görmüş ölkə iqtisadiyyatı üçün 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi qəbul edib. Səsvermənin sonlarına yaxın paket artıq kifayət qədər konqresmenin dəstəyini qazanıb.

Mediainfo.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, təşəbbüs 220 konqresmen tərəfindən dəstəklənib, bir demokrat və bütün respublikaçı konqresmenlər təşəbbüsün əleyhinə səs verib. Ümumilikdə 211 konqresmen onun əleyhinə çıxış edib.

Bu plan koronavirusun iqtisadiyyata vurduğu mənfi nəticələrin aradan qaldırılması üçün ABŞ Prezidenti Co Bayden tərəfindən təklif olunan proqrama əsaslanır. ABŞ Senatı martın 6-da paketin lehinə səs verib. Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü keçirilmiş brifinqdə bildirib ki, Konqresin qəbul etdiyi sənədin cümə günü dövlət başçısı tərəfindən imzalanması gözlənilir.

Qeyd edək ki, bu paket pandemiya ilə mübarizə üçün təqribən 400 milyard dollar ayrılmasını nəzərdə tutur. 1 trilyon dollar əhaliyə yardım üçün, qalan hissəsi iqtisadiyyatın stimullaşdırılması üçün sərf olunacaq. Vətəndaşlara birbaşa aylıq ödənişlər 2 min dollara qədər artacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az