"Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın enerji diversifikasiyasına əhəmiyyətli töhfə verir"

"Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın enerji diversifikasiyasına əhəmiyyətli töhfə verir"

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin iqtisadi, enerji və təhlükəsizlik sahələrində Azərbaycanla 30 illik tərəfdaşlığını qiymətləndirdiyini bildirib.

Mediainfo.az xəbər verir ki, bu barədə E.Blinkenin 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı bəyanatda deyilir.

“Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın enerji diversifikasiyasına verdiyi əhəmiyyətli töhfələri tanıyırıq. İnsan haqlarına və əsas azadlıqlarına, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü, daha dərin əlaqələr qurmaq üçün vacibdir”, – ABŞ dövlət katibi deyib.

“Amerika Birləşmiş Ştatları, həmçinin minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında mübadilə yolu ilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir”, – E.Blinken əlavə edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az