
Bu avtomobillərin gömrük rüsumu 0 faizə endirildi!
12 Noyabr 2022 11:44
Aİ-98 super markalı benzinin qiymətində dəyişiklik edilib.
Mediainfo.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.
O bildirib ki, ölkədə Aİ-98 super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:
“Aİ-98 markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.
Qeyd edək ki, Aİ-98 super markalı benzinin qiyməti 1,55 AZN idi.