
Azərbaycanda 1 noyabrdan kommunal xidmətlərdə bahalaşmadan sonra “Sputnik” Cənubi Qafqaz ölkələri üçün müqayisəli infoqrafiya təqdim edib.
Mediainfo.az xəbər verir ki, Azərbaycanda 1 noyabrdan bahalaşandan sonra da tariflərin qonşu ölkələrdən nəzərəçarpacaq qədər aşağı olduğu (sudan başqa) üzə çıxıb.
Azərbaycanda elektrik enerjisi 200 kVt-a qədər 0,05 dollar (5 sent/8 qəpik), 200-300 kVt – 0,53 dollar, 300 kVT-dan yuxarı 0,076 dollardır.
Gürcüstanda (Tiflisdə) 100 kVt-a qədər 0,057 dollar, 100-300 kVt aralığında – 0,07 dollar, 301 kVt-dan yuxarı 0,084 dollardır.
Ermənistanda tarif Gürcüstan və Azərbaycandakı kimi limitlə deyil, gecə-gündüz istifadəsinə görədir. Gün ərzində hər kVt üçün 0,08 dollar, gecə 0,06 dollardır.
Azərbaycanda qaz 1200 kub metrə qədər 0,071 dollar, 1200-2500 kub metr – 0,12 dollar, 2500 kub metrdən yuxarı 0,15 dollardır.
Gürcüstanda qaz 1 kub metr üçün 0,17 dollardır.
Ermənistanda 1 kub metr qaz 0,30 dollardır.
Azərbaycanda suyun kub metri 0,40 dollardır, Gürcüstanda 0,30 dollar, Ermənistanda isə 0,37 dollard