"Qazın tərkibinə hava vurulması..." - "Azəriqaz"ın Baş direktoru

"Qazın tərkibinə hava vurulması..." - "Azəriqaz"ın Baş direktoru

"Azəriqaz" İstehsalat Birliyi vaxtaşırı olaraq qazın keyfiyyət göstəricilərini yoxlayır. Bu gün satılan qazın keyfiyyət göstəriciləri meyarlara tam uyğundur.

Mediainfo.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, qazın keyfiyyətinin dəyişdirilməsi, hər hansı kənar müdaxilə edilməsi mümkün deyil:

"Yalnız qazın tərkibinə "adalant" deyilən maddə vurulur ki, sızma zamanı qazın iyi müəyyən edilsin. Qazın tərkibinə hava vurulması kimi fikirlər yayılır. Havanın təzyiq altında olan hər hansı qaz kəmərinə vurulması mümkün deyil. Bu, ancaq kipliyi yoxlamaq üçün edilə bilər. Yaxud havanın kəskin dəyişməsi zamanı kəmərlərdə maye toplanması əmələ gəlir. Mayeni kəmərdən çıxarmaq üçün yüksək təzyiqli hava vurulur. Hava qazla birlikdə üfürülür.

İstisna hallarda ola bilər ki, mətbəxdə qaz avadanlıqlarında hava yığılması müşahidə olunsun. Bu hava gələndə açıq qoyun və sayğaca baxın. Sayğac göstəricisi dəyişmir. Fasiləsiz qaz verilən kəmərdə hava gəlməsi mümkünsüzdür. Yalnız təmirdən sonra kəmərdə hava qala bilər ki, onu da binaların girişində olan qaz paylayıcı şkaflarda hava təmizləyici vasitəsilə buraxırıq.

Mənzillərdə qaz borusundan havanı çıxarmaq mümkün deyil. Hava mütləq mətbəxdəki qaz avadanlığından çıxmalıdır".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az