Bakıda bayram çadırları qurulur

Bakıda bayram çadırları qurulur

Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlanılıb.

Oxuməni.az xəbər verir ki, artıq metronun “Xalqlar dostluğu” və “28 May” stansiaylarının çıxışlarında yarmarka çadırları qurulub.

Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Modern.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə bütün metrostansiyaların çıxışında bayram çadırları qurulacaq.

Qeyd edək ki, hər il Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulur. Ötən il isə pandemiya səbəbidən bayram yarmarkası təşkil edilməmişdi.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az