Müavinət və təqaüd artımı kimlərə şamil olunacaq? - Siyahı

Müavinət və təqaüd artımı kimlərə şamil olunacaq? - Siyahı

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:

Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;

Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;

Yaşa görə müavinət alanlar;

Ailə başçısını itirməyə görə müavinət alanlar;

Müddətli hərbi xidmətdə olanların uşaqları;

Uşaqların qəyyumları;

Beşdən çox uşağı olan qadınlar;

Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;

Övladlığa uşaq götürənlər;

İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;

“Xalq” və “Əməkdar” fəxri adı olanlar;

Doktorant və tələbələr.

Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:

Uşağın doğulmasına görə birdəfəlik müavinət;

Dəfn üçün birdəfəlik müavinət.

Dövlət başçısının imzaladığı yeni Fərman və Sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az