Müharibəyə könüllü gedənlərə veteran statusu verilməyəcək? - Nazir iddialara CAVAB VERDİ

Müharibəyə könüllü gedənlərə veteran statusu verilməyəcək? - Nazir iddialara CAVAB VERDİ

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edənlərə “Müharibə veteranı” statusunun verilməməsi iddialarına aydınlıq gətirib.

Mediainfo.az-ın verdiyi xəbərə görə. Nazir bildirib ki, burada hər hansı könüllü və ya qeyri könüllü kateqoriyası yoxdur. Onun sözlərinə görə, "Müharibə veteranı" statusu veriləcək şəxslərin konkret kateqoriyaları var və bu, normativ hüquqi aktlarla təsbit edilib: "Həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az