Nazirlik pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb

Nazirlik pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb.

Mediainfo.az-a Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib.

Ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib:

- Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib;

- Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz artım edilib. 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.

2022-ci ilin 1 yanvarından sosial müavinətlər və bəzi təqaüdlərdə də artımlar olub.

Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz artırılıb.

Bəzi təqaüdlərdə isə orta hesabla 32 faiz, tələbə təqaüdlərində orta hesabla 20 faiz artım baş verib.

Ümumilikdə 722 min şəxsin (o cümlədən 132 min tələbənin) rifahına dəstək olan bu artımlar üçün də illik əlavə 194 mln. manat ayrılıb.

Sosial ödənişlərdə davamlı artım ünvanlı sosial yardımı da əhatə edir.

Ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb. Bu artım 250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı yardımların da artması ilə nəticələnir. Həmin artım üçün illik əlavə 20 mln. manat xərclənəcək.

Yeni sosial islahat mərhələsi dövlət başçısının tapşırıqları əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də nəzərdə tutur.

Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az