“Kitab və kağız məhsullarının idxalının və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasına dair məsələ hazırda gündəmdədir”.
Mediainfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, hazırda proses öz həllinin son mərhələsindədir.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən Vergi Məcəllənin 164.1.7-ci maddəsinə (siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı) uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısı təsdiq edilməlidir.