Britaniya və Türkiyə arasında mühüm anlaşma - Birgə 6-cı nəsil döyüş təyyarələri istehsal edəcəklər

Britaniya və Türkiyə arasında mühüm anlaşma - Birgə 6-cı nəsil döyüş təyyarələri istehsal edəcəklər

"Böyük Britaniya ABŞ-dan 5- ci nəsil F-35 lər alınmasını dayandırıb".

Mediainfo.az xəbər verir ki, buna səbəb İngiltərənin 2018 - ci idə əsası qoyulan 6 - cı nəsil savaş təyyarəsi layihəsidir.

İtaliyan və İsveç şirkətlərinin də yer aldığı bu layihə üçün İngiltərə hökuməti təkcə ötən il 2 milyard pound vəsait ayırıb. İstehsal olunacaq təyyarənin adının "Tempest"olacağı bildirilir.

Təqribən bir həftə öncə İngiltərə və Türkiyə arasında əldə olunmuş razılığa əsasən Türkiyə də "Tempest" proqramına daxil edilib və və hər iki ölkə bu yeni 6-cı nəsil savaş təyyarəsini birgə istehsal edəcəklər.

Qeyd edək ki, bu təyyarənin dünyada hələ ki, anoloqu yoxdur və o ABŞ-n istehsalı olan 5-ci nəsil F-35 lərdən daha üstün bir təyyarə hesab olunur.

Xatırladaq ki, İngiltərə Türkiyəyə hərbi avadanlıq satışı ilə bağlı əvvəl qoyduğu qadağanı artıq qaldırıb. Bu həm də o deməkdir ki, "Rolls Roce" şirkəti Türkiyə milli savaş təyyarəsi üçün yenidən 5-ci nəsil mühərrik istehsalını bərpa edəcək.

Məhz İngiltərənin əvvəl qoyduğu qadağa üzündən lazım olan mühərrikin yoxluğu üzündən Türkiyənin milli savaş təyyarəsi istehsalı gecikirdi. Artıq qadağanın qaldırılması bu problemi həll edir və Türkiyə "Rolls Royce"dən alacağı mühərriklə 2023-cü ildə ilk milli savaş təyyarəsini istehsal etməyə, 3 illik sınaq müddətindən sonra isə 2026 -cı ildə isə onu seriya şəklində buraxmağa nail olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az