Rusiyanın baş mamaça- ginekoloqu  1 milyardlıq əmlak alıb

Rusiyanın baş mamaça- ginekoloqu  1 milyardlıq əmlak alıb

Rusiya Səhiyyə Nazirliyinin əsas mamaça-ginekoloqu Leyla Adamyan və qızı Moskvanın mərkəzində bir milyard rubldan çox dəyəri olan elit daşınmaz əmlaka sahibdirlər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, daşınmaz əmlakın alınması bədii gimnastika üzrə olimpiya çempionu və Dövlət Dumasının deputatı Alina Kabayevanın paytaxtın məşhur tibb mərkəzində Adamyanın iştirakı ilə doğmasından sonraya təsadüf edib.
Səhiyyə Nazirliyinin Baş mamaçısının daşınmaz əmlakı haqqında məlumat verən The Insider nəşri qeyd edir ki, nə Adamyanın, nə də qızının bu cür zənginləşməni izah edə biləcək gəlir mənbələri olmayıb. Adamyanın 2018-ci il üçün rəsmi gəliri 32 milyon 750 min rubl təşkil edib ki, bu da böyük Yakimanka küçəsində əldə edilmiş daşınmaz əmlakın dəyərindən 25 dəfə azdır.

The Insider ilə söhbətində Adamyan jurnalistlərin dərc etdiyi məlumatları şərh etməkdən və zənginləşmənin Alina Kabayevanın doğuşları ilə bağlı olub-olmadığı sualına cavab verməkdən imtina edib. Keçən ilin may ayında Kabaeva nın ehtimal olunan doğuşları haqqında "Moskovskiy komsomolets" məlumat verib, lakin tezliklə nəşr öz saytından bu materialı çıxarıb.

Rusiyalı araşdırmaçı jurnalist Sergey Kanev də gimnastın doğuşu barədə məlumat verib. Onun sözlərinə görə, 7 may 2019-cu ildə Kabayeva Kulakov adına milli tibbi mamalıq, ginekologiya və Perinatologiya tədqiqat mərkəzində iki oğlan dünyaya gətirib. Kanev həmçinin, doğuşdan əvvəl Federal Mühafizə Xidmətinin əməkdaşlarının doğum şöbəsindən tibbi xidmətin yarısını çıxardıqlarını iddia edib. Doğuşların özləri məşhur italyan həkimi tərəfindən qəbul edilib.

Elə həmin 2019-cu ildə bir neçə Qərb mətbuatı Kabayevanın uşaqlarının atasının Rusiya Prezidenti Vladimir Putinin ola biləcəyini güman etdikləri barədə materiallar dərc edib. Kremldə bu məlumatı heç cür şərh etməyibilər. Lakin 23 may 2019-cu ildə Putin Kabayevanın doğuş tarixindən bir neçə həftə sonra baş mama-ginekoloq Leyla Adamyanı "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

The Insider, digər medianın məlumatlarına istinad edərək, Alina Kabayevanın 2015-ci ildə doğulmuş başqa bir oğlu olduğunu və həmin il Putinin dostları Peter Kolbin və Gennadi Timçenko Kabayevanın nənəsinə bir neçə elit mənzil bağışladıqlarını yazıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az