İsveçrədə şokolad yağışı olub

İsveçrədə şokolad yağışı olub

İsveçrənin Olten şəhərciyində qeyri-adi hadisə yaşanıb.

Mediainfo.az “Oltner Tagblatt”a istinadən xəbər verir ki, bir neçə gün ard-arda qəhvəyi tozdan ibarət yağış yağıb.

Məlum olub ki, bu, küləyin yaxınlıqdakı şirniyyat fabrikindən apardığı kakao paxlasının zərrələri olub.

Qeyd olunub ki, olayla əlaqədar “Lindt & Sprüngli” şirkəti məsuliyyəti öz üzərinə götürüb. Belə ki, onların nümayəndələri istehsalatda havalandırma sisteminin xarab olduğunu açıqlayıblar.

Şirkətdən bildiriblər ki, nasazlıq artıq ortadan qaldırılıb və insanlar üçün heç bir təhlükə yoxdur. Şirkət həmçinin hadisə nəticəsində kirlənən şəhər avtomobillərini də yumağı söz verib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az