Ürək xəstəliyi olanların diqqətinə

Ürək xəstəliyi olanların diqqətinə

Havanın istiliyinin artması ilə ürək xəstəlikləri riskləri də artır. Hətta bu hal yay aylarında infarkt hallarını da çoxaldır. Mütəxəssislər isə bunun maye itkisi, qan laxtalanması ilə əlaqəli olduğunu düşünürlər. Buna görə də yay aylarında hər kəs bol maye qəbul etməlidir.

Mediainfo.az xəbər verir ki, yüksək təzyiq, ürək çatışmazlığı və ürək damarlarında tıxanma olan insanlar yay aylarında risk qrupuna daxildirlər.

Həddindən artıq isti və nəmli hava xüsusilə ürək-damar xəstələri, hipertəzyiq və ürək çatışmazlığı olan xəstələr üçün riski artırır. Bədənin istiliyə qarşı tətbiq etdiyi ən təsirli üsul tərləmə, tərləmə ilə maye və elektrolit adlanan duz və mineralların itirilməsi, damarlarda dolaşan qan həcminin azalması böyrəklərə gedən qan həcminin azalmasına və beləliklə böyrək funksiyalarının pozulmasına səbəb ola bilər.

Yenə də bədəndən tərləmə ilə çıxarılan kalium və maqnezium kimi mineralların azalması, xüsusilə ürək xəstələrində döyüntülərin və həyati təhlükəsi olan ritm pozğunluğunun səbəbi ola bilər. Buna görə ürək çatışmazlığı olan diuretik dərman istifadə edən xəstələr, kifayət qədər maye qəbuluna diqqət yetirməlidirlər. Əks təqdirdə, zəiflik, halsızlıq və böyrək funksiyalarının pisləşməsi kimi şikayətlər baş verə bilər. Belə şikayətləri olan insanların dərman dozalarını həkimləri ilə məsləhətləşərək yenidən yazmaq lazımdır.

Tərləmə artırmayan açıq rəngli paltarlara üstünlük verilməlidir. Gündəlik 2-2,5 litr maye içilməlidir, qədərindən artıq soda və mineral su istehlakı qan təzyiqini, ürək çatışmazlığı riskini artıra bilər. Mümkün qədər sərin yerlərdə vaxt keçirməli, alkoqol və kofein istehlakından çəkinmək lazımdır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az