Kəklikotu çiçəklərindən dəmlənən çayın şəfası

Kəklikotu çiçəklərindən dəmlənən çayın şəfası

Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırırmışlar. Kəklikotu onlar üçün həm də zəhmətsevərlik rəmzi idi. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Elə bu inama görə də bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. İbn Sina, Dioskorid və Böyük Pliniyin əsərlərində kəklikotu barədə məlumatlara rast gəlinir.

Mediainfo.az xəbər verir ki, ölkəmizin dağlıq və dağətəyi rayonlarında yetişən kəklikotunun yaşıl yerüstü hissəsi bitki çiçəkləyəndə və ya ondan əvvəl yığılır.

Kəklikotu sinir sisteminə çox müsbət təsir edir, beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Başağrıları zamanı yeni dəmlənmiş kəklikotulu çay içmək məsləhətdir. Bu zaman həm də xroniki yorğunluq aradan qalxır, yuxu bərpa olunur. Kəklikotu yaddaşı gücləndirir. Onun qəbulu immun sistemi üçün də çox xeyirlidir. Kəklikotulu çay hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotunu 1 stəkan qaynar suda 20 dəqiqə dəmləmək lazımdır. Çaya bal və limon da əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk əlamətləri özünü büruzə verəndə bu çay çox yaxşı təsir edir, xəstəliyin inkişafının qarşısını alır.

Kəklikotu həm də güclü ağrıkəsicidir, antibakterial və antiseptik təsirə malikdir, onun köməyi ilə başağrısı və bağırsaq spazmını aradan qaldırmaq olar. Kəklikotu dəmləməsi ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətə malik olduğuna görə respirator xəstəlikləri zamanı da geniş istifadə olunur. Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmləri yox edir, qurdqovucu təsir göstərir. Kəklikotu yağı isə güclü yara sağaldan xüsusiyyətə malikdir. Yanıqlar, xoralar və donvurma zamanı kəklikotu yağından istifadə olunur. Hamilə qadınların kəklikotudan istifadə etməsi məsləhət görülmür.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az