Sabah karantin sərtləşir: hansı qadağalar tətbiq ediləcək?

Sabah karantin sərtləşir: hansı qadağalar tətbiq ediləcək?

Koronavirusa yoluxmada son günlər baş verən artım, xüsusilə dəfələrlə artıq ölümcül olması ilə seçilən Britaniya ştammının qonşu ölkələrdə aşkarlanması və Azərbaycanda da yayılma ehtimalı Novruz bayramı günlərində məhdudiyyətlərin tətbiqini gündəmə gətirib.

Artıq Operativ Qərargahın 19 mart üçün brifinqi də təyin edilib və brifinqdə bəzi məhdudlaşdırıcı tədbirlərin elan ediləcəyi gözlənilir.

Mediainfo.az xəbər verir ki, 20-29 mart tarixləri üçün aşağıdakı məhdudiyyətlərin tətbiqi gözlənilir:

1. Yoluxma riskinin ən yüksək olduğu ictimai nəqliyyatın hərəkəti tam dayandırılacaq;

2. Bayram günlərində insanların ünsiyyətini azaltmaq üçün SMS-icazə sistemi tətbiq ediləcək. Ehtimal olunur ki, günlük evdən çıxmaq üçün icazə limiti 3 saat olacaq.

3. Rayonlara gediş-gəlişə məhdudiyyət tətbiq ediləcək.

4. Kafe və restoranların fəaliyyət saatı qısaldılacaq.

5. Ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az