Almanı qabığı ilə yeyin!

Almanı qabığı ilə yeyin!

Viskonsin Universiteti (ABŞ) alimləri alma qabığının yeni inanılmaz faydasını aşkar ediblər.

Mediainfo.az xəbər verir ki, Amerika alimlərinin apardığı araşdırmaya görə alma qabıqlarının tərkibində olan antioksidantlar xərçənglə mübarizə etməyə kömək edir.

Belə ki, eksperiment zamanı məlum olub ki, alma qabığında olan faydalı maddələr xərçəng hüceyrələrin inkişafını ləngidir, onların aktivliyini və həyat qabiliyyətini azaldır. Bu xüsusilə prostat və süd vəzi xərçənginə aiddir.

Alimlərin fikrinə görə, alma qabığı həmçinin xərçəngə qarşı çox güclü profilaktik vasitə sayıla bilər. Mütəxəssislər almanı qabığı ilə yeməyi tövsiyə edir.

Alma qabığı ürək-damar sistemini möhkəmləndirən faydalı maddələrlə də zəngindir.

Təəssüf ki, alma qabığında kənd təsərüfatında istifadə olunan kimyəvi maddələr (pestisidlər və s.) yığılır. Bu səbəbdən mütəxəssislər almanı 20 dəqidə ərzində soda əlavə olumuş suda saxlamağı və daha sonra suda yaxalamağı tövsiyə edir. Bu üsulla qabıqda yığılan ziyanlı maddələrdən qurtulmaq mümkün olur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az