Dünyanın ən böyük gizli xəzinəsi tapıldı – 2800 il əvvəl basdırılıb...

Dünyanın ən böyük gizli xəzinəsi tapıldı – 2800 il əvvəl basdırılıb...

Britaniyanın həvəskar xəzinə axtarışçısı indiyə qədər tapılan ən böyük xəzinələrdən birinə yetişib. Qızılların müsadirə edilib-edilmədiyi hələlik məlum deyil.

Mediainfo.az xəbər verir ki, metal detektordan istifadə edən şəxs indiyə qədər aşkar edilmiş ən böyük anqlo-sakson sikkə xəzinəsini üzə çıxarıb.

131 qızıl sikkə və digər 4 qızıl əşyadan ibarət olan xəzinə 6 ildə tam toplanıb.

2016-2020-ci illər arasında detektoru ilə xəzinənin böyük hissəsini üzə çıxaran həvəskar xəzinə ovçusu adının açıqlanmasını istəməyərək tapdıqlarını Britaniya Muzeyinə təhvil verib. Sikkələrin tərkibində 85-95 faiz qızıl olduğu bildirilib.

Eramızdan əvvəl 600-cü illərdə hələ bilinməyən səbəblərdən basdırılmış xəzinə İngiltərənin Qərbi Norfolk şəhərində tapılıb. Təhlükəsizlik baxımından tapıntıların dəqiq yeri açıqlanmayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az