Aclıq beynin fəaliyyətini yaxşılaşdırır

Aclıq beynin fəaliyyətini yaxşılaşdırır

Bu barәdә Amerikalı ekspertlәr bildirir. ABŞ-ın Milli Qocalma Problemləri İnstitutunun mütəxəssisləri bu sahədə tədqiqat aparıblar. Məlum olub ki, müəyyən məhsulları yeməkdən imtina etməklə, baş beynin fəaliyyətini xeyli yaxşılaşdırmaq olar.

Bu məqsədlə laboratoriya siçanları üzərində sınaqlar aparılıb. Gəmiricilərin bir hissəsinə müəyyən vaxtlarda bir gün yemək verilməyib, qalan hissəsi normal qidalanıb. Müəyyən edilib ki, müəyyən günlərdə ac qalan gəmiricilərin beyin hüceyrələri normal yeyən siçanlarla müqayisədə xeyli sürətlə inkişaf edir. Alimlərin fikrincə, tədqiqatın nəticələrini cəsarətlə insana da şamil etmək olar.

Onlar hesab edirlər ki, belə xüsusiyyət təkamül prosesi ilə bağlı ola bilər. İnsanın əcdadları təbiətdə bəzən aclıqla üzləşməli olublar. Odur ki, yemək tapan insanın orqanizmi beynin inkişafını tezləşdirmək üçün bəsləyici resursları dərhal mənimsəməyə çalışıb. Bu proses beynin neyrotrofik faktoru ilə bağlı ola bilər. Zülal öyrənmə və yaddasaxlama qabiliyyətinə təsir göstərir. Bu da neyron və sinapsların inkişafını stimullaşdırır. İnsan qocalanda, bu göstəricinin səviyyəsi düşür. Nəticədə koqnitiv xüsusiyyətlər pozulur. Aclıq isə zülalın konsentrasiyasını artırır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az