Yer kürəsi əks tərəfə fırlansa nə baş verəcək?

Yer kürəsi əks tərəfə fırlansa nə baş verəcək?

Yer kürəsi əks tərəfə fırlansa nə baş verəcək?

Ətraflı

Ads by

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Planetimizin qərbdən şərqə hərəkət etməsini biz təbii hesab edirik.

Maraqlıdır, əgər Yer planeti öz hərəkət istiqamətini dəyişərsə, o zaman nələr baş verəcək?

Mediainfo.az xəbər verir ki, bu barədə "Rambler" nəşri yazıb.

Əvvəlcə dəqiqləşdirmək lazımdır ki, Yerin qəflətən fırlanma istiqamətinin dəyişilməsi birmənalı olaraq planetimizdə bütün canlıların məhvinə səbəb olardı.

Yerin fırlanma sürəti çox böyükdür, ona görə də hərəkətin kəskin dəyişməsi onun səthində olanları bir neçə saniyə ərzində Yerlə yeksan edəcək.

Lakin Yer planeti öz hərəkət istiqamətini kifayət qədər aramla (müəyyən zaman kəsiyində dayanaraq, sonra əks tərəfə fırlanaraq) dəyişərsə, o zaman insanlar üçün hər hansı ciddi fəsadlar baş verməyəcək.

Yerin kompüter modelini yaradan və onun şərqdən qərbə hərəkətini öyrənən tədqiqatçıların iddia etdiyi kimi, hər şeydən öncə, küləyin istiqaməti dəyişəcək.

Bu səbəbdən məşhur Qolfstrim küləyinin əvəzinə, onun yerini başqa bir axın tutacaq və planetə istilik gətirəcək.

Asiya və Afrika səhraları, Yer kürəsinin firlanma istiqaməti dəyişərsə, yaşıl düzənliyə çevriləcək, səhralar isə Braziliya ərazisinə "yerdəişmə" edəcək, çünki Şimali və Cənubi Amerikada quru iqlim üstünlük təşkil edəcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az