Kök insan orqanizmi üçün olduqca faydalıdır.
Kökün özü qədər suyu da xeyirlidir. Əgər müntəzəm olaraq kök suyu qəbul etsəniz, bir çox xəstəliklərdən xilas ola bilərik.
- Xolesterolu aşağı salır. Tərkibindəki kalium sayəsində xolesterolun miqdarını aşağı salır, qaraciyərdəki yağlanmanı azaldır. Eyni zamanda kalium qan şəkərini də balanslaşdırır.
- Tərkibindəki beta-karotenlə birlikdə A vitamini immun sistemi üçün çox əhəmiyyətlidir. A vitamini ürək xəstəliklərinin qarışısını alır, daxili orqanların daha sağlam olmasına şərait yaradır.
- Qaraciyər üçün faydalıdır. O qaraciyəri tənzimləyir. Mütəmadi olaraq kök suyu içmək qaraciyərdəki toksinlərin artmasının qarşısını alır. Qaraciyərin funksiyalarını qaydasına salaraq yağlanmanın və hətta QİÇS-in qarşısını alır.
- Xərçəngin qarşısını alır. Kök suyu eyni zamanda anti-xərçəng maddəsi olaraq da bizə xidmət edir. O kaliumla birlikdə prostat, sinə xərçəngi kimi xəstəliklərin riskini azaldır.
- Kök suyunun tərkibindəki K vitamini qan laxtalanmasının qarşısını alır.
- Diş əti yaralanması zamanı da faydalıdır. Tərkibindəki C vitamini diş yaralarınıyaxşılaşdırır və diş ətlərinin sağlam olmasına şərait yaradır.
- Sümüklərin möhkəmləndirilməsində yardımçı olur. Kök suyundakı K vitamini sayəsində qırılan sümüklərin bərpasına və orqanizmin zülal təmini üçün vacibdir.
-A vitamini ilə zəngin olduğu üçün hamiləlik zamanı kök suyu içən ananın doğuşdan sonra süd keyfiyyətli olur.
Həmçinin Hamiləliyin son 3 ayında kök suyu içilərsə bu uşaqlarda yarana biləcək təhlükəli infeksiyaların riskini azaldır.
- Aşağı kalorili olduğu üçün arıqlamağa kömək edir. Kök suyu arıqlamaq arzusunda olan insanların içə biləcəkləri ən yaxşı təbii içkidir.
- Metabolizmanı sürətləndirir. Kök suyu qlükoza, yağ və zülalları özündə birləşdirən B kompleksi vitaminləri ilə zəngindir. Bu səbəblə də metabolizmanı sürətləndirərək çəki itirmənizə səbəb olur. Eyni zamanda da B vitamini kompleksi stress və depressiv halların da azalmasına şərait yaradır.
- Həzmi asanlaşdırır. Kök yüksək miqdarda lifi özündə birləşdirdiyi üçün həzmə kömək edir və uzun müddət tox qalmağınıza şərait yaradır.
- Kök suyunun içindəki dəmirin miqdarı idman edənlər üçün enerji təminidir və bədəndə oksigenin hərəkətini artırır.
- Tərkibindəki maqnezium və diabet səbəbilə şəkərin səviyyəsini stabilləşdirir.
- Dırnaqların qırılmasının qarşısını almaqla onların güclənməsinə səbəb olur.
- Dəri üçün çoxlu miqdarda vitamin mənbəyidir. O A vitamini çatışmazlığı sayəsində dəridə yaranan bir çox problemlərin azalmasına şərait yaradır.
Mediainfo.az