Stresdən necə qurtulmaq olar – Psixoloqlardan açıqlama

Stresdən necə qurtulmaq olar – Psixoloqlardan açıqlama

Miçiqan universitetinin alimləri həyəcanlı fikirdən qurtulmağın və stresi azaltmağın üsullarından danışıblar.

Mediainfo.az xəbər verir ki, 1980-ci illərdə Texas universitetinin psixologiya üzrə professor Ceyms Pennebeyker gündəlik tutmağın stresi azaltmaq və imunitet sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün faydalı olduğunu demişdi. Alim qeyd edir ki, əgər bizi narahat edən hissləri kağız üzərində yazsaq, koqnitiv resurslardan azad ola bilərik.

Miçiqan universitetinin alimlərinin təcrübəsi isə professorun dediklərini təsdiq edir. Sınaq üçün tələbələr dəvət edilib. Məlum olub ki, onları narahat edən fikirləri kağıza yazan və bu zaman testləri edən tələbələrdə daha yaxşı nəticələr üzə çıxıb. Bu səbəbdən alimlər qeyd edirlər ki, gün ərzində 5 dəqiqə məktub və ya gündəlik yazmağa vaxt ayırmaq stresi azaldır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az