Yaşıl çay içmək ömrü uzadır

Yaşıl çay içmək ömrü uzadır

Mütəxəssislər həftədə ən azı 3 dəfə yaşıl çay içməyin ürək-damar problemlərinə bağlı ölüm riskini azaltdığını və ömrü uzatdığını ortaya qoyub.

Mediainfo.az həmin araşdırmanı təqdim edir:

Çindəki araşdırmaçılar keçmişdə infarkt, ürək tutması və ya xərçəng kimi xəstəlikləri keçirməyən 100 min 902 çinlini həftədə üç dəfə və ya daha çox çay içənlər ilə heç çay içməyən və ya daha az çay içənlər olmaqla iki qrupa ayırıb. Yeddi ildən sonra aparılan analizlərdə mütəxəssislər mütəmadi çay içənlərdə ürək xəstəliyi və infarkt keçirmə riskinin 20 faiz, bu iki xəstəliyə bağlı ölümlərin də 22 faizinin aşağı düşdüyü sübut ediblər.

"Qadınların 20 faizi mütəmadi çay içirdi"

Araşdırma 50 yaşında mütəmadi çay içən bir insanın çay içməyənlərə görə 1,26 il daha uzun yaşadığını ortaya qoydu. Araşdırmacı Dr. Donqfenq Qu, yazılı açıqlamasında "Vərdiş halını almış çay istifadəsinin qoruyucu tərəflərinin kişilər üçün daha çox, qadınlar üçün isə daha az olduğunu gördük" deyə bildirib.

Donqfenq yaşıl çayda xüsusi ilə "flavonoid" qaynağının zəngin olduğunu və bu bioaktiv birləşmələrin ürək və damar xəstəliklərinə qarşı qoruyucu olduğunu qeyd etdi. Mütəxəssis çay içmə vərdişinin bölgədən-bölgəyə fərqli olduğunu, qara çayın məşhur olduğu Qərb ölkələrinə isə bunun aid edilmədiyini dedi. Donqfenq araşdırmada insanların böyük hissəsinin yaşıl çayı seçdiyini bildirərək, qatılanların isə sadəcə 8 faizinin qara çay içdiyini vurğulayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az