“Oskar” mükafatına ən şanslı nominantların adları açıqlanıb

“Oskar” mükafatına ən şanslı nominantların adları açıqlanıb

Martin Skorsezenin "İrlandiyalı", Sem Menderesin Britaniya və ABŞ istehsalı olan "1917", cənubi koreyalı rejissor Pon Çjun Honun "Parazitlər" və Kventin Tarantinonun "Bir dəfə... Hollivudda" filmləri "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına nominantlar siyahısına düşmək üçün böyük şansa malikdir.

Mediainfo.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" (THR) jurnalı məlumat yayıb.

Nəşrin fikrincə, mafiyaya qoşularaq killer olan sürücü haqqındakı "İrlandiyalı" dramının nominantlar arasına düşmək şansı 99,9 faiz, Birinci Dünya müharibəsində iki əsgərin taleyindən bəhs edən "1917" filminin şansı 99,7 faiz qiymətləndirilir. Təsadüfən varlı ailədə repetitor işləmək imkanı qazanan kasıb oğlan barədə çəkilən "Parazitlər", həmçinin aktyor və dublyorunun 1960-cı illərin sonlarında Hollivuddakı həyatını əks etdirən "Bir dəfə... Hollivudda" ekran əsərlərinin şansları isə 99,5 faiz təşkil edir.

Amerika Prodüserləri Gildiyasının və Amerika Rejissorları Gildiyasının mükafatına mümkün namizədlər arasında Noa Baumbakın "Nikah tarixçəsi", Todd Fillipsin "Coker" və Tayka Vaytitinin "Dovşan Coco" filmləri də var. Jurnal hesab edir ki, onların şansları 91,2-94,5 faiz arasındadır.

"Oskar" mükafatının 92-ci təqdimat mərasimi fevralın 9-da Los-Ancelesdə keçiriləcək. Nominantlar isə yanvarın 13-də məlum olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az