Azərbaycan 2019-cu ilin “Ən yaxşı ölkələri”nin siyahısında

Azərbaycan 2019-cu ilin “Ən yaxşı ölkələri”nin siyahısında

Baş ofisi ABŞ-da yerləşən "U.S. News & World Report" adlı media şirkəti "BAV Group" və "The Wharton School of the University of Pennsylvania" ilə birlikdə 2019-cu ilin "Ən yaxşı ölkələri"nin siyahısını açıqlayıb.

Mediainfo.az-ın məlumatına görə, siyahıda yer almış dünyanın 80 ölkəsi arasında Azərbaycan da yer alır.

Siyahı dünya üzrə 20.000 dən çox müxtəlif ölkə vətəndaşları ilə aparılmış sorğu əsasında müxtəlif kriteriyalar üzrə, o cümlədən vətəndaşlıq, mədəni təsir, sahibkatlıq, biznes üçün açıqlıq, güc, həyat səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Təqdirəlayiq haldır ki, ölkə gücünün qiymətləndirilməsində Azərbaycan bir çox aparıcı ölkələri geridə qoyaraq 45-ci yeri tutmuşdur. Gücün qiymətləndirilməsi zamanı lider, iqtisadi baxımdan təsirli, siyasi baxımdan təsirli, güclü beynəlxalq müttəfiqlik və güclü silahlı qüvvələr amilləri nəzərə alınıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az