Koronavirusun mənşəyi bəlli oldu

Koronavirusun mənşəyi bəlli oldu

Çin Milli Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin alimləri yeni növ koronavirusun ehtimal olunan mənbəyini müəyyənləşdiriblər.

Mediainfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə mütəxəssislər Huanan bazarından götürülmüş nümunələri araşdırıblar. Nəticədə, 585 nümunədən 33-də yeni növ koronavirus viral nuklein turşusu aşkar edilib. Həmçinin, alimlər virusu uğurla təcrid edə biliblər. Beləliklə, mövcud epidemiyanın vəhşi heyvan alveri ilə əlaqəli olması ehtimalı yüksəkdir.

Xatırladırıq ki, naməlum mənşəli sətəlcəm xəstəliyi dekabrın 31-də məlum olub. Məlum olub ki, onun törədicisi 2019-nCoV coronavirusdur. Hal-hazırda xəstəliyə yoluxanların sayı 2 min nəfəri keçib, 80 nəfər isə artıq ölüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az