Ürəyin işini yaxşılaşdıran 7 məhsul

Ürəyin işini yaxşılaşdıran 7 məhsul

Ürəyin işini yaxşılaşdıran yeddi məhsul açıqlanıb.

Mediainfo.az "MedikForum.ru"ya istinadən bildirir ki, onlar aşağıdakılardır:

Yunan qozu. Onun yağları miokardın vəziyyətini yaxşılaşdırır. Gündə 5-6 ədəd yeməklə işemik xəstəlikdən qorunmağınızı gücləndirə bilərsiniz. Bu, yeganə qoz növüdür ki, tərkibində yetərincə alfa-linol turşusu, omeqa-6 ilə balanslaşdırılmış omeqa-3 var.

Keşyu. Stresin ürək-damar sisteminə təsirini aşağı salan B qrupu vitaminləri ilə zəngindir. Onun maqniumla zəngin olması isə ürək əzələsinin rahatlamasına kömək edir. Məhsulun doymamış yağları xolesterinin səviyyəsini aşağı salmağa, işemik xəstəliyin yaranmasından qorunmağa kömək edir.

Armud. Sidikqovucu effektə malikdir, hipertoniyanın inkişafının qarşısını alır. Meyvənin həll olunan lifləri qanda qlükozanın səviyyəsini yaxşılaşdırır, xolesterinin qəbulunu azaldır. Məhsul aşağı kaloriliyi ilə fərqlənir.

Zeytun yağı. Onun müntəzəm istifadəsi qan laxtasının yaranmasını azaldır, arteriyaların vəziyyətini sağlamlaşdıran "yaxşı" xolesterinin istehsalını yaxşılaşdırır. Məhsul ateroskleroz, stenokardiya riski, ürək tutması hallarının azaldılması üçün son dərəcə effektivdir. Bundan əlavə, zeytun yağı qəbizliyi aradan qaldırır, qaraciyərin işini normallaşdırır.

Qreypfrut. Kaliumla zəngin, yüngül sidikqovucu effektə malik bu meyvə hipertoniyadan əziyyət çəkən insanlara məsləhət görülür. Məhsulun tərkibində, həmçinin C vitamini də var.

Yulaf. Digər taxlalı bitki məhsullarını tərkibindəki zülal və sağlam yağlar sayəsində geridə qoyur. Onun digər üstünlüyü – orqanizm tərəfindən xolesterinin qəbulunu azaldan beta-qlükanlarla zəngin olmasıdır.

Soğan, sarımsaq. Hər ikisi ürək-damar sisteminin sağlamlaşdırılması üçün çox vacibdir. Onlar qanı duruldur, aterosklerozun qarşısını alır, qan dövranını yaxşılaşdırır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az