Ölüm faktları şişirdilir, yoxsa…

Ölüm faktları şişirdilir, yoxsa…

Dünya koronavirus pandemiyası ilə müharibə vəziyyətindədir və itkilər sözün gerçək mənasında cəbhədə gedən döyüşləri xatırladır. Lakin müəyyən məqamlar şübhələnmək üçün kifayət qədər yetərlidir, xüsusilə bir gün ərzində yoluxma və ölüm hallarının iki və üç rəqəmli formada artması. Yoluxma və ölüm faktlarının sürətlə artmasına görə ABŞ ilk pilləyə yüksəlib, hərçənd, Avropa ölkələri virusla döyüşərkən, okeanın o tayında sabitlik hökm sürürdü, sonradan Birləşmiş Ştatlar bütün ölkələri geridə qoydu. Nə baş verdi, necə oldu ki, ilk ölüm faktının açıqlandığı gündən bir gün sonra ABŞ yüzlərlə ölüm faktı ilə qarşılaşdı, rəqəmlər həqiqəti nə dərəcədə əks etdirir?

"Nyu-York Tayms" nəşrində dərc olunan məqalədəki faktlar və rəylər burada iki zidd versiyanı irəli sürməyə imkan verir.

1. ABŞ hökuməti koronavirusdan ölənlərin sayını gizlədir;
2. Yoluxma və ölüm faktları şişirdilir;

Bu versiyalar bir-birinin əksi olsa da, məqaləni oxuduqca hər ikisinin gerçək olması ehtimalı böyükdür.

Birinci versiya: Nəşrə danışan İrland əsilli bir həkim ölən xəstəsinin ölümündən öncə koronavirus testindən keçmək istədiyini, lakin tələbinin rədd edildiyini deyir. Əslində bu və bunun kimi bir-birinin ziddinə olan faktlar şübhə toxumlarının cücərməsinə səbəb olur.

Nyu-Yorkdakı həkimlər də evlərində ölən çoxsaylı xəstənin koronavirus simptomları şübhəsi olmasına baxmayaraq, testdən keçirilmədiyini deyirlər. Virciniyada isə koronavirusdan ölən üç tibb işçisinin yalnız birinin ölüm sənədində COVİD-19 diaqnozu yazıldığı ortaya çıxıb. Mütəxəssislərə görə, koronavirusdan qaynaqlanan ölüm faktlarının sistemə daxil edilməməsinin səbəbləri arasında şübhəli protokollar və şəhərlərarası məsafənin qərar vermə müddətinə təsiridir.

Məqalədə sahil bölgələrindəki həkimlərin əllərində yetərli qədər testin olmadığını bildirirlər. Son iki ayda koronavirusdan ölən bir çox xəstənin ölüm səbəbi kimi qrip, yaxud pnevmaniya göstərilib. Daha bir fakt kimi 19 gün öncə ölən birinin cəsədi üzərində test keçirilən zaman onun koronavirusa yoluxduğunun aşkarlanmasıdır.

Nəşr yazır ki, ABŞ rəsmiləri 2021-ci ilə qədər ölüm sayı ilə bağlı rəsmi açıqlama verə bilməcəyək.

Bəzi mütəxəssislər real ölüm sayını öyrənməyin ümumiyyətlə mümkün olmayacağını hesab edirlər. Buna nümunə kimi 1976-cı ildə ABŞ-da yayılan donuz qripi göstərilir. Donuz qripi yayılarkən həkimlər bir çox ölümün səbəbi kimi bu xəstəliyi göstərmiş, bir il sonra həqiqətən də donuz qripindən ölənlərin ölüm səbəbi kimi isə pnevmaniya qeyd olunmuşdu.

Cons Hopkins Universitetinin İctimai Sağlamlıq Məktəbinin dosenti Stephan Helleringer bildirir ki, 1918-19-cu illərdə İspaniya qripindən ölənlərin sayı hələ də şübhəlidir: "Bu, pandemiyanın miqyasını təxmin edə bilməməkdən irəli gəlir".

Vaşinqton ölüm saylarını gizlədir, "Nyu-York Tayms"ın yazdıqları, irəli sürülən iddialar bu yöndədir. Lakin yoluxma və ölüm saylarının sürətlə artması digər versiyanı önə çəkir.

İkinci versiya – faktlar şişirdilirmi?: Yoluxma faktına görə ABŞ liderdir – 425 min (bu rəqəm hər gün daha da artır). 13 minə yaxın ölüm qeydə alınıb. Hərçənd, yoluxma və ölüm faktlarının son bir həftədə bu səviyyəyə yüksəlməsi diqqət çəkir.

İlk yoluxma 21 yanvarda, ilk ölüm 1 martda qeydə alındı. İlk şübhə yoluxma ilə ölümün arasında iki aya qədər müddətin olmasıdır.

1 martda ilk ölüm qeydə alınandan bir gün sonra, martın 2-də ölüm sayı 100-ə çatdı. İkinci şübhə iki ay boyunca ölüm qeydə alınmadığı təqdirdə, bir gün də sayın üçrəqəmliyə çatmasıdır.

11 martda yoluxma sayı 1281-ə çatdı, lakin bir gündə ölənlərin sayı 38 idi. Bundan 14 gün sonra, 25 martda yoluxma 70 minə, ölüm sayı isə 1000-ə çatdı. İki gün sonra, 27 martda yoluxma 100 mini keçdi, ölüm 1630-a çatdı. Bu, iki gün ərzində 630 ölüm deməkdir ki, təbii olaraq, suallara yol açır.

30 martdan etibarən yoluxma və ölüm sayı sürətləndi. 31 mart – 6 aprel tarixləri arasında, yəni cəmi 7 günlük müddətdə qeydə alınan statistika maraqldır:

31 mart – 187 min 954 yoluxma, 3 min 889 ölüm;
1 aprel – 214 min 375 min yoluxma, 4 min 839 ölüm;
2 aprel – 244 min 412 yoluxma, 5 min 907 ölüm;
3 aprel – 276 min yoluxma, 7 min 101 ölüm;
4 aprel – 311 min 971 yoluxma, 8 min 459 ölüm;
5 aprel – 336 min 858 yoluxma, 9 min 606 ölüm;
6 aprel – 367 min 650 yoluxma, 10 min 915 ölüm;

Son iki gündə yoluxma 450 minə, ölüm 13 minə çatıb. Qorxulu rəqəmlərdir, hərçənd, tempin qəfil şəkildə artması rəqəmlərin şişirdilməsi ehtimallarını gücləndirir. Mümkündür ki, bu qlobal təşvişin yaradılmasına xidmət edən planın bir hissəsidir. Prezident Donald Trampın ölüm proqnozu da bu kontekstdə diqqət çəkir. O deyir ki, vəziyyət nəzarətdən çıxmasa, virus bitənə qədər 240 min ölüm qeydə alınacaq. Bir prezidentin belə bir açıqlama verməsi nə deməkdir? Bütün şübhələrə yol açan da budur. Eyni ehtimalları digər ölkələrə də şamil etmək olar. Lakin bütün bunlar hələki ehtimal olaraq qalmaqdadır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az