
Koronavirusun yayılmağa başladığı vaxtdan zəncəfilə olan tələbat kəskin artıb və nəticədə, bitkinin qiyməti bahalaşıb.
Mediainfo.az "Sputnik" agentliyinə istinadən xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq immuniteti gücləndirən digər vasitələr barədəməlumat verib.
Ekspert qeyd edibki, zəncəfil orqanizmin müdafiəsini artıran və profilaktikasını həyata keçirən təsirli vasitə olsa da, yeganə məhsul deyil.
Onun fikrincə, soğan, sarımsaq, qırmızı turp, kələm bakteriyaları öldürən və inkişafına mane olan fitonsidlərlə zəngindir.
"Sarıkök, qarağat, qaragilə, mərcanı, moruq isə orqanizmdə iltihabı azaldan təsirli vasitələrdir", - deyə M.Ginzburg əlavə edib.
Mediainfo.az