
Üzərlik şəva mənbəyi, min bir dərdin dərmanıdır
15 Noyabr 2022 10:47
Moskva səmasında sirli parlaq işıq izi müşahidə edilib.
Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, müvafiq şəkil Pıkabu portalının istifadəçilərindən biri tərəfindən bazar ertəsi paylaşılıb.
Sutkanın qaranlıq vaxtında çəkilmiş fotoşəkillərdə buludların arasında parlaq şüa və ya raket izini xatırladan parıldayan zolağı görmək olar. Hələlik fotoşəkilin tam olaraq harada çəkildiyi dəqiqləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri şəklə yazdıqları şərhlərdə zarafatla bunu dünyanın sonunun çatması kimi dəyərləndiriblər.
Oxuməni.az