NASA: Yerə 822 metrlik potensial təhlükə mənbəyi olan meteorit yaxınlaşır

NASA: Yerə  822 metrlik potensial təhlükə mənbəyi olan meteorit yaxınlaşır

NASA Yerə yaxınlaşan 822 metrlik potensial təhlükə mənbəyi olan meteorit haqqında açıqlama yayıb. Qurum qeyd edib ki, həmin meteorit 29 noyabrda Yer kürəsinə yaxın ərazidən keçəcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, NASA həmçinin qeyd edib ki, meteoritin ölçüsü çoxmərtəbəli binanın ölçüsünə bərabərdir. Meteoritdəki nikel, dəmir və kobaltdan ibarət olan mineralların 17,4 milyon dollar dəyərində olduğu təxmin edilir.

Mütəxəssislər hesab edirlər ki, bu cür meteoritlərin Yer kürəsi ilə hər yüz ildə bir toqquşma ehtimalı 50 mində birdir.

Xatırladaq ki, 1908-ci ildə Rusiyanın Sibir vilayətində yerləşən Tunqus çayı hövzəsinə düşən meteoritin eni 40 metr idi və bir şəhəri məhv edə biləcək qədər enerji ortaya çıxarmışdı. Onun partlayışı 1000 kilometrdən böyük məsafədə eşidilmişdi.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az