Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Astronomlar yaxın iki gün ərzində potensial təhlükəli olan "2020 WU5" asteroidinin Yer kürəsindən səkkiz milyon kilometr məsafədə keçəcəyini bildiriblər.

Oxuməni.az xəbər verir ki, onun orbitinin hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının saytında təqdim olunub. 2020 WU5" asteroidi 2020-ci il noyabrın 29-da NEOWISE (Wield-Field Infrared Survey Explorer) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib, dekabrın 4-də isə Beynəlxalq Astronomiya İttifaqının (IAU) Kiçik Planetlərin Elektron Sirkulyarına daxil edilib. Asteroid "Apollon" qrupuna – orbitləri xaricdən Yerin orbiti ilə kəsişən Yerətrafı obyektlərə aiddir. Alimlər asteroidin diametrinin 0,5-1,1 kilometr arasında olduğunu təxmin edirlər.

Yanvarın 13-dən 14-nə keçən gecə asteroidin Yerə ən yaxın məsafədə olacağı gözlənilir. Hesablanmış məlumatlara görə, onun parlaqlığı 12,9 ulduz böyüklüyündədir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az