Bakıda yanacaqdoldurma məntəqəsində şokedici insident baş verib-Video

Bakıda yanacaqdoldurma məntəqəsində şokedici insident baş verib-Video

Bakıda yanacaqdoldurma məntəqəsində insident baş verib.

Oxuməni.az xəbər verir ki, sosial şəbəkələrdə yanacaqdoldurma məntəqəsində yanacaq vurdurarkən prosesin başa çatmasını gözləmədən uzaqlaşan avtomobilin görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, KİA markalı, 99 VF 723 nömrəli avtomobilin sürücüsü yanacaq dolduran aparatın işi başa çatmamış məntəqədən uzaqlaşıb. Nəticədə yanacaq borusu və "tapança" adlanan hissə avtomobilin yanacaq çəninə ilişərək qırılıb. Heydər Əliyev prospekti ilə mərkəz istiqamətində hərəkət edən avtomobilin çənindən yola yanacaq axdığı da diqqəti cəlb edib.

Oxuməni.az həmin görüntüləri təqdim edir:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az