
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
22 İyul 2020 10:00
Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib. 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var.
Mediainfo.az