İran İsraili “qaçılmaz yeni cəbhələrlə” hədələyir
17 Oktyabr 2023 10:49
Serbiyanın yüksəksəviyyəli nümayəndə heyəti Azərbaycana gələcək.
Mediainfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.
Telefon danışğı zamanı Vuçiç Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib.
O bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini deyib.
Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.
Mediainfo.az