Ukraynada son sutkada 2905 nəfər koronavirusa yoluxub

Ukraynada son sutkada 2905 nəfər koronavirusa yoluxub

Ukraynada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.

Mediainfo.az xəbər verir ki, bu ölkədə son sutkada 2905 nəfər koronavirusa yoluxub, 53 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 159 min 702 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3264 nəfərdir, 70 min 810 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az