ABŞ-da koronavirusdan 105 mindən çox insan ölüb

ABŞ-da koronavirusdan 105 mindən çox insan ölüb

ABŞ-da son sutka ərzində koronavirusa 24 mindən çox yoluxma halı qeydə alınıb, 967 nəfər isə COVID-19 xəstəliyi səbəbindən vəfat edib.

Mediainfo.az pandemiyanın statistikasını aparan Cons Hopkins Universitetinə istinadla xəbər verir ki, son sutkada ABŞ-da 24 min 146 nəfər, öncəki gün isə 24 min 266 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən gün 967 nəfər, mayın 30-da isə 1193 nəfər həyatını itirib.

Qeyd edək ki, Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 16:00-a olan məlumatına əsasən, dünyada 6 milyon 185 mindən çox yoluxma və 371 min 401 ölüm faktı qeydə alınıb, 2 milyon 754 min 611 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

ABŞ-da koronavirusa yoluxanların sayı ümumilikdə 1 milyon 817 min 409 nəfərə çatıb, 105 min 575 nəfər isə xəstəlik səbəbindən ölüb. Hazırda müalicə alan xəstələrdən 17 min 163-nün vəziyyəti ağır qiymətləndirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az