Skakov: Bakı Qarabağda bununla hesablaşmalı olacaq

Skakov: Bakı Qarabağda bununla hesablaşmalı olacaq

Rusiya sülhməramlı kontingenti Qarabağda 5 il deyil, daha çox qalacaq.

Mediainfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Skakov Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin BBC-yə müsahibəsini şərh edərkən deyib.

O qeyd edib ki, sülhməramlıların yerləşdirilməsi hər zaman parlament tərəfindən təsdiqlənmə ilə rəsmiləşir:

"Bu cür nümunələr çoxdur. Serbiya Parlamenti Kosovoda sülhməramlıların yerləşdirilməsini təsdiqlədi? Xeyr. Bosniya və Herseqovinaya, Xorvatiyaya kontingent göndərilməsi ilə bağlı parlamentin qərarı varmı? Yoxdur. Bütün bunlar yaxşı bir vəziyyət yaratmaq üçün edilən cəhdlərdir".

Onun sözlərinə görə, Azərbaycan Qarabağda Rusiya kontingentinin olması ilə hesablaşmalı olacaq.

Qeyd edək ki, PA rəsmisi Hikmət Hacıyev müsahibəsində Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlərlə bağlı müəyyən müzakirələrin davam etdiyini bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az