Cəmil Babayevi nə gözləyir? – “Bəlkə onun Ağdərədə qohum-əqrabası var imiş”

Cəmil Babayevi nə gözləyir? – “Bəlkə onun Ağdərədə qohum-əqrabası var imiş”

“Cəmil Babayevlə bağlı cinayət işi yəqin ki, ləğv olunacaq. Onun müalicəyə ehtiyacı var. Müalicə etməlidirlər. Psixi durumu yerində olmayan insan hətta kimisə öldürsə, belə ona iş kəsilmir. Həmin şəxsi aparıb əsəb xəstəxanasında müalicə edirlər”.

Mediainfo.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Əsirlikdən qayıdan əsgərimizin taleyi ilə bağlı sualı cavablandıran deputatın sözlərinə görə, onun xəstəxanadan getməsi qeyri-adi bir hadisə deyil:

“Xəstə bir insan durub xəstəxanadan çıxıb, gedib. Bəlkə onun Ağdərədə qohum-əqrabası var imiş. Ürəyi istəyib ki, gedib onları görsün. Burada qeyri-adi bir hadisə yoxdur. Və ona da heç bir cinayət işi düşmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ona tətbiq ediləcək maddə yoxdur”.

A.Abbasın fikrincə, cəza düşəcək biriləri varsa, o da xəstəxanın təhlükəsizlik xidmətinə baxanlardır:

“Cəmili axı niyə həbs etsinlər. Dövlət sərhədinmi pozub, kimisə güllələyib, güllə, kəllə atıb. Neyləyib axı? Xəstə adamdır, durub gedib. Cəza əslində xəstəxanın təhlükəsizlik xidmətinə baxan insanlara düşür. O gedəndə necə görməyiblər ki”...

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az