
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
ABŞ-ın Rusiyanın daxili işlərinə və seçki proseslərinə müdaxiləsi sənədləşdirilib.
Mediainfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarova bildirib ki, ABŞ ərazisindən idarə olunan internet platformaları vasitəsilə istifadə edərək Rusiyanın daxili proseslərinə müdaxiləni sübut edən sənədlər qarşı tərəfə təqdim edilib.
Xatırladaq ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiyanın daxili işlərinə, yəni seçkilərə müdaxilə səbəbi ilə sentyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Qeyd edək ki, ABŞ-dan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.