Sabah Azərbaycanda yağış, qar gözlənilir

Sabah Azərbaycanda yağış, qar gözlənilir

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında noyabrın 16-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az