İran İsraili “qaçılmaz yeni cəbhələrlə” hədələyir
17 Oktyabr 2023 10:49
“Rusiya heç kimə heçnə borclu deyil”.
Mediainfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzetinə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Moskvada nə düşündüklərini söyləmək çətindir: “Lakin mən qəti şəkildə qeyd edə bilərəm ki, Rusiya hərbi münaqişəyə cəlb olunmaq istəmir... Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən çox niyə etməlidir? Rusiya heç kimə heçnə borclu deyil. Heç kim kimisə müdafiə etməyəcək, çünki bu, heç kimə lazım deyil... Belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizi təmin edəcək, eyni zamanda sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri də həll edəcək”.