İran İsraili “qaçılmaz yeni cəbhələrlə” hədələyir
17 Oktyabr 2023 10:49
Qərb ölkələrinin Ukraynaya göndərdiyi hərbi texnikanın yeni nümunələri döyüş bölgəsinə çatdırılır.
Mediainfo.az xəbər verir ki, Xarkovdan qərbdə yerləşən dəmiryol stansiyalarından birində Ukraynaya ötürülən NATO hərbi texnikasının yığıldığı müşahidə edilib.
Belə ki, Çexiyanın 152 mm kalibrli “Dana” özüyeriyən haubitsasının Ukrayna bölmələrinin təmas xəttinə doğru hərəkət etdiyi bildirilir. Bu hərəkət pilotsuz uçan aparat vasitəsilə qeydə alınıb. Özüyeriyən toplar meşəlik ərazidə yerləşdirilib.
Xatırladaq ki, Kiyevin ehtiyacları üçün ağır silahların tədarükü daha əvvəl ABŞ, Almaniya, Çexiya, Slovakiya, Kanada, İngiltərə, Polşa, Rumıniya və digər ölkələr tərəfindən həyata keçirilir.