İran İsraili “qaçılmaz yeni cəbhələrlə” hədələyir
17 Oktyabr 2023 10:49
"Bəşər Əsədin Tehrana son səfəri Rusiya qoşunlarının Suriyadan çıxması ilə əlaqədardır".
Mediainfo.az xəbər verir ki, bunu İranın Suriyadakı keçmiş səfiri Məhəmməd Reza Baqiri deyib.
Onun sözlərinə görə, Bəşər Əsədin İslam Respublikasına son qəfil səfəri zamanı İranın Ali Rəhbəri ilə şəxsən məsləhətləşmək istəyindən irəli gəlib:
"Bu məsləhətlərinin ən mühüm məqamlarından biri Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə əlaqədardır".
Xatırladaq ki, Ukraynada müharibə başlayandan Suriyadakı rus kontingentinin mərhələli çıxaması barədə informasiyalar yayaılır. Hətta Yaxın Şərq ölkəsində 30 postun artıq İrana bağlı qüvvələrə təhvil verildiyi iddia olunur.