"86 əsgərin sümüyü hələ də morqlarda "yatır" - Zöhrabyan

"86 əsgərin sümüyü hələ də morqlarda "yatır" - Zöhrabyan

II Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində məhv edilən erməni döyüşçülərin cəsəd qalıqları məsələsi yenidən gündəmə çevrilib.

Mediainfo.az xəbər verir ki, müharibənin bitməsindən 2 il keçməsinə baxmayaraq hələ də xeyli sayda erməni valideyn övladından xəbər ala bilmir.

Bu səbəbdən də onlar tez-tez dövlət qurumlarının qarşısında aksiyalar keçirirlər. Bu gün isə parlamentin keçmiş deputatı Naira Zohrabyan qatıldığı bir verilişdə mövzu ilə bağlı diqqət çəkən açıqlama verib. O qeyd edib ki, "Hazırda morqlarda 86 əsgərin sümükləri qalıb". O da vurğulanır ki, heç kim bu cəsəd qalıqlarına sahiblənmir.

Qeyd edək ki, ölən hərbçilərin cəsəd qalıqlarının DNT analizləri aparılaraq onların övladını axtaran valideynlərin DNT nümunələri ilə uyğunluğu yoxlanılır. Yalnız bundan sonra 2 ildir ki, morqlarda qalan sümüklər dəfn edilir. İndiki halda hələ də məlum qalıqların meyitxanalarda "yatması" 44 günlük müharibədə xeyli sayda muzdlu döyüşçünün iştirak etməsindən xəbər verir. Əks halda erməni valideynlər bu sümüklərə çoxdan sahib çıxmışdılar...

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az