Keçmiş hərbçi Hacı Allahşükür Paşazadənin bostanına daş atıb: Roma papasının yerinə Şeyxi real namizəd olaraq görürəm

Keçmiş hərbçi  Hacı Allahşükür Paşazadənin bostanına daş atıb: Roma papasının yerinə Şeyxi  real namizəd olaraq görürəm

Tanınmış hərbi ekspert Ədalət Verdiyev son facebook paylaşımı ilə dəqqəti üzərinə çəkib.

Mediainfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, kaloritli statusları, gündəmə damğa vuran paylaşımları ilə məşhur olan keçmiş hərbçi bu dəfə Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin bostanına daş atıb.

Ə.Verdiyev sonuncu facebook statusunda yazıb:

"Roma Papası yeriyə bilmir, istefa verə bilər. Onun yerinə Şeyx həzrətlərini real namizəd olaraq görürəm. Şeyx Papa seçilərsə, mən də şeyxin yerinə seçilməyə çalışacam. Nəzir qutularından gələn bütün gəliri isə veteran və yaralanıb əlil olmayan veteranlar üçün iş yerlərinin açılmasına yönəldəcəyimə söz verirəm.

Razılaşdıq, ya Şeyx? Bu yaralananlara hərdən salam vermək, onlarla maraqlanmaq Sizin də borcunuzdur. Dinimiz də belə tələb edir. Səhvim varsa ya Şeyx, deyin mütləq düzəldim".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2023 (c) Mediainfo.az