
Putin İrəvana nə aparır? - Yevseyev
15 Noyabr 2022 12:12
Kosovanın daxili işlər naziri şənbə günü sərhəddə rusiyalı jurnalisti casusluqda şübhəli bilinərək həbs edildiyini bildirib.
Mediainfo.az xəbər verir ki, bu barədə Kosova mətbuatı məlumat yayıb.
Ölkənin daxili işlər naziri Cəlal Şveçliya həmin jurnalistin Daria Aslamova olduğunu açıqlayıb.
“Bir çox ölkələr onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və özünü jurnalist kimi təqdim etdiyini sübuta yetirib”, - məlumatda bildirilir.
Daria Aslamova "Komsomolskaya pravda"nın əməkdaşıdır.
Xatırladaq ki, son günlər Serbiya ilə Kosova arasında münasibət daha da kəskinləşib. Kosovanın şimalında iyulun 31-də atışma və sirena səsləri eşidilib.